“Milan”ın idman direktoru İqli Tare 30 yaşlı qapıçı Mik Menyanın "rossonerilər"lə yeni müqavilədə 8 milyon avro maaş tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. "Mikdən 8 milyon avro maaş istədiyini heç vaxt eşitməmişəm. O, "Milan"da xoşbəxtdir. Biz də onun qalmasına şad olardıq", - deyə jurnalist Fabrizio Romano DAZN-ə istinadən Tarenin sosial media səhifəsində dediyi sözləri sitat gətirib.
Qeyd edək ki, Maynyan 2021-ci ilin yayından bəri "Milan"da çıxış edir. Gələn il onun klubla müqaviləsi başa çatır.


