Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzatmaq qərarına gəlib.
Olimpnews.az "Globo"nun məlumatına istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər müqaviləni müzakirə edirlər.
Qeyd edək ki, 2026-cı il Dünya Çemponatında Braziliya millisi italiyalı baş məşqçinin rəhbərliyi altında C qrupunda Şotlandiya, Haiti və Mərakeşlə üz-üzə gələcək.


