UGİM-lərin direktorları və baş məşqçilərlə görüş olub

UGİM-lərin direktorları və baş məşqçilərlə görüş olub

Dekabrın 11-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə idarənin akt zalında idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) direktorları və idman növləri üzrə baş məşqçiləri ilə görüş keçirib.
Olimpnews.az xəbər verir ki, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanan görüş zamanı mövcud nöqsanlar, görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub. 
Daha sonra iştirakçıların təklif və şikayətləri dinlənilib və qarşıda duran məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib