"Qarabağ" növbəti qələbəsini qazandı

"Qarabağ" növbəti qələbəsini qazandı

"Qarabağ" klubu Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi "Azərsun Arena"da "Araz-Naxçıvan"ı böyük hesabla məğlub edib -5:1. Qurban Qurbanovun komandası qələbə sayəsində yenidən liderliyə yüksəlib. Bir oyun az keçirən "Köhlən atlar"ın aktivində hazırda 33 xal var.  

Naxçıvan təmsilçisi isə 23 xalla 6-cıdır.