"Topçular" liderliyini qorudu

"Topçular" liderliyini qorudu

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, London "Arsenal"ı doğma meydanda "Vulverhempton" klubu ilə qarşılaşıb. Oyun "topçular"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran "Arsenal" liderliyini davam etdirir. Mikel Artetanın komandası ən yaxın izləyicisi olan "Mançester Siti"ni 2 xal qabaqlayır. "Vulverhempton" isə 2 xalla sonuncudur.