Futbol üzrə Almaniya Bundesliqasında 14-cü turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Frayburq" klubu doğma azarkeşlər önündə Dortmund "Borussiya"sını qəbul edib. Oyun 1:1 hesabı il yekunlaşıb.
Tərəflər meydandan hərəyə bir xalla ayrılıblar. Dortmundular hazırda 29 xalla üçüncü, "Frayburq" isə 17 xalla doqquzuncudur.


