Futbol üzrə İtaliya A Seriyasinda 15-ci turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, Turin təmsilçisi "Yuventus" Bolonya səfərinə yollanıb. Qonşu pillələrdə qərarlaşan komandaların oyununun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 64-cü dəqiqədə fərqlənən "Yuventus"un futbolçusu Xuan Kabal olub.
Qələbə sayəsində xalların sayını 26-ya çatdıran "Qoca sinyora" beşinci pilləyə yüksəlib. "Bolonya" isə 25 xalla altıncıdır.
"Qoca sinyora" minimal hesablı qələbəyə sevindi


