Dekabrın 13-15-də kişilər və qadınlar arasında ölkə çempionatı uğurla keçirilib.
Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Kişilər arasında (Pool-10) birinci yerə Orxan Qubatov layiq görülüb. Murad Fəttayev ikinci, Orxan Rzayev və Ruslan Əmiraslanov isə üçüncü yeri tutub.
Qadınlar arasında (Pool-8) isə Mina Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbinə Bayramova ikinci, Südabəxanım İsmayilova və Zəminə Yolçuzadə isə üçüncü olub. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
“Pool” bilyard idman növü üzrə ölkə çempionatına yekun vuruldu


