Dekabrın 10-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan Kapoeyra Federasiyasının Lənkəran-Astara Region nümayəndəsi, kapoeyra idman növü üzrə üç qat Azərbaycan çempionu, dünya mükafatçısı, beynəlxalq və yerli turnirlərin qalibi olmuş Tural Şirməmmədovla görüşüb.
Olimpnews.az xəbər verir ki, görüş zamanı bu idman növünün Azərbaycan Kapoeyra Federasiyası tərəfindən bölgələrdə fəaliyyətinin genişləndirilməsi qeyd edilib və yaxın zamanda yeni layihə, proqramların başlanacağı vurğulanıb.
Daha sonra bu istiqamətdə Lənkəran Kapoeyra məktəbinin fəaliyyətə başlaması, həmçinin Kapoeyra idman növünün Lənkəran-Astara regionunda inkişafı, təbliği və görüləcək işlər barədə müzakirələr aparılıb, Lənkəran Kapoeyra məktəbinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib.
Lənkəranda Kapoeyra məktəbi fəaliyyətə başlayacaq


