Fiqurlu konkisürənlərimiz dünya çempionatına vəsiqə qazandılar

Fiqurlu konkisürənlərimiz dünya çempionatına vəsiqə qazandılar

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə yarışlarda təmsil edən Anna Obrien və Dreyk Tonq cütlüyü yeniyetmələr arasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Onlar bu uğura Macarıstanın Budapeşt şəhərində keçirilən “Santa Klaus” kubokunda 11 idmançı arasında (126.79 xal) 6-cı yeri tutmaqla nail olublar.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-də Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.