Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar

Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında iştirak edəcəklər. 

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, seçmə komandamızın üzvləri - Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.