Lerikdə futzal üzrə rayon turniri keçirilib 

Lerikdə futzal üzrə rayon turniri keçirilib 

Lerik rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində ümumtəhsil məktəblərinin 12-14 yaşlı məktəblilərdən ibarət komandaları arasında futzal üzrə rayon turniri keçirilib. 
Olimpnews.az xəbər verir ki, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta ümumtəhsil məktəbinin idman zalında baş tutub. 2 gün davam edən turnirdə 5 komanda mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən turnirin qalibi M.Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbin komandası olub. İkinci yeri meydan sahibləri tutub. V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın komandası  isə üçüncü yerlə kifayətlənib.
Qalib komandalara Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.