Futbol üzrə Misli Premyer Liqasında XV turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyununda "Neftçi" klubu "Sumqayıt"la üz-üzə gəlib.
"Palms Sports Arena"da təşkil olunan oyunda qapılara dörd qol vurulsa da qalib müəyyənləşməyib -2:2.
Beləliklə, "ağ-qaralar" yeni baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında ilk oyunxa xal itkisi ilə üzləşib. Bu nəticədən sonra "Sumqayıt" 27 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Neftçi" isə 17 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqasında XV tur başa çatdı


