"Rayo Valyekano" - "Real Betis" oyununda qalib müəyyənləşmədi 

"Rayo Valyekano" - "Real Betis" oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə İspaniya La Liqasında 16-cı turun oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Rayo Valyekano" klubu doğma meydanda "Real Betis"i qəbul edib. 
Oyun qolsuz heç-heçə ilə başa çatıb və tərəflər hərəyə bir xalla meydandan ayrılıblar. Hazırda "Real Betis" klubu 25 xalla 6-cı, "Rayo Valyekano" isə 18 xalla 13-cüdür.