Kukurella vətənində oynamaq imkanı qazanıb

Kukurella vətənində oynamaq imkanı qazanıb

"Çelsi" ispaniyalı müdafiəçisi Mark Kukurella karyerasını La Liqada davam etdirmək istəyir.

Olimpnews.az xəbər verir ki, "Fichajes"in məlumatına görə, Madrid "Atletiko"su onu heyətə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Transfermarkt saytı 27 yaşlı Kukurellanın bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.