Mbappe məhkəmədə PSJ-yə qalib gəldi

Mbappe məhkəmədə PSJ-yə qalib gəldi

Madrid "Real"ının fransalı futbolçusu Kilian Mbappe PSJ klubuna qarşı açdığı məhkəmə işində qalib gəlib. 

Olimpnews.az xəbər verir ki, Paris məhkəməsi futbolçunun lehinə qərar verib və PSJ klubunun Kilian Mbappeyə təxminən 61 milyon avro ödəniş etməsinə hökm çıxarıb.

Qeyd edək ki, Kilian Mbappe bir müddət öncə Fransa təmsilçisini ödənilməyən maaş və bonuslara görə məhkəməyə vermişdi.