NBA kubokunun "Ən dəyərli oyunçu" seçilib

NBA kubokunun "Ən dəyərli oyunçu" seçilib

"Nyu-York Niks" komandasının basketbolçusu Jalen Branson komandasının turnir finalındakı qələbəsindən sonra "Ən dəyərli oyunçu" seçilib. Olimpnews.az xəbər verir ki, həlledici oyunda Branson meydandan 27 topdan 11-ni dəqiq yerinə yetirərək, 25 xal toplayıb, səkkiz məhsuldar ötürmə edib, dörd ribaund və iki blok-şot müəllifi olub.
Qeyd edək ki, "Nyu-York Niks" - "San Antonio Spurs" finalında birincilər 124:113 hesabı ilə qalib gəliblər.