Misli Premyer Liqası: Bu gün birinci turdan təxirə salınmış oyun keçiriləcək 

Misli Premyer Liqası: Bu gün birinci turdan təxirə salınmış oyun keçiriləcək 

Bu gün futbol üzrə Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı keçiriləcək.
Olimpnews.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunacaq oyunun start fiti saat 19:30-da səslənəcək.
Oyunun baş hakimi FIFA dərəcəli hakim Elçin Məsiyev olacaq. 
Qeyd edək ki, hazırda "Qarabağ" klubu 33 xalla turnir cədvəlinin birinci, 31 xalı olan "Sabah" klubu isə ikinci pilləsində qərarlaşıb.