Sosial mediada Formula 1 pilotlarının 2025-ci il mövsümündə radio zənglərinə sərf etdiyi dəqiqələrin sayını göstərən infoqrafika yayılıb. Olimpnews.az xəbər verir ki, siyahıya "Williams" komandasının ispaniyalı pilotu Karlos Saynz liderlik edib. O radio zənglərinə 569 dəqiqə (9,48 saat) ilə vaxt sərf edib. "Alpine" komandasının pilotu Pyer Qasli 383 dəqiqə ilə ikinci yerdədir. Üçüncü yerdə "Kick-Sauber" komandasından Qabriel Bortoleto (375) qərarlaşıb. Yeddiqat Formula 1 çempionu Luis Hemilton ("Ferrari") radioda 322 dəqiqə, komanda yoldaşı Şarl Lekler isə 265 dəqiqə danışıb.
Mövsümün qalib çempionu Lando Norris ("McLaren") 302 dəqiqə, Maks Verstappen ("Red Bull") isə 286 dəqiqə radio əlaqədə olub.
Sükan arxasında ən çox danışan pilotların siyahısı açıqlanıb - FOTO


