Xabi Alonsoya hər an qapını göstərə bilərlər

Xabi Alonsoya hər an qapını göstərə bilərlər

Madrid "Real"ının baş məşqçisi Xabi Alonsonun klubdakı fəaliyyəti ciddi nəzəratə götürülüb. 
Olinpnews.az xəbər verir ki, dünən kubok matçında "Talavera"nı (3:2), daha əvvəl isə La Liqada "Alaves"i (2-1) məğlub edən Alonso hələ də mövqeyini qoruyur. "Cadena SER" portalının məlumatına görə, "Real"  rəhbərliyi indi Alonsoya bir az daha vaxt vermək niyyətindədir. O, ən azı yanvarın 8-də İspaniya Super Kubokunun yarımfinalında Madrid "Atletiko"su ilə oyuna qədər istefaya göndərilməyəcək.
Qeyd olunur ki, məşqçinin gələcəyi əsasən derbinin nəticəsindən asılı olacaq.