Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe bu mövsüm vurduğu qolların sayını 58-ə çatdırıb.
Olimpnews.az xəbər verir ki, fransalı hücumçu ötən gün İspaniya Kubokunun 1/16 final mərhələsində "Talavera-de-la-Reyna" klubunun qapısından iki top keçirib. O, bununla da Madrid klubunda bir təqvim ilində ən çox qol vuran futbolçu kimi Kriştianu Ronaldonun rekorduna yaxınlaşıb.
26 yaşlı hücumçu ilin sonuna kimi rekordun yeni sahibi ola bilər.
Mbappe Ronaldonun rekorduna bir addım da yaxınlaşdı


