Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün daha 5 çəki dərəcəsində 141 cüdoçu tatami üzərinə çıxıb. Qızlar arasında yarışda Nigar Heydərzadə (-44 kq, Champion 74), Gülnaz Məmmədtağıyeva (-57 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) və Zemfira Əliyeva (+70 kq, Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə İbrahim Talıbov (-55 kq, Bakı şəhəri 6 nömrəli İOEUGİM PHŞ) və Sadiq Məmmədov (-73 kq, Gəncə şəhəri 1 nömrəli UGİŞM) qızıl medallara sahib olub.
Olkə birinciliyə dekabrın 21-də yekun vurulacaq.


