Misli Premyer Liqası: "Sabah" qış çempionu oldu 

Misli Premyer Liqası: "Sabah" qış çempionu oldu 

Futbol üzrə Misli Premyer Liqasında XI turun oyunlarına yekun vurulub. Turun və ilin son oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunub. "Gənclik şəhəri" təmsilçisi "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb -1:3. Bu qələbədən sonra xallarının sayını 37-yə çatdıran "Sabah" 2025/2026 mövsümünün "qış çempionu" olub. "Sumqyait" isə 27 xalla dördüncü pillədə qərarlaşıb.