Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçıliğı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə ümumtəhsil orta məktəblərinin 15 komandasının iştirakı ilə minifutbol üzrə rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, turnirin təşkilində məqsəd futbol idman növünün təbliği, bu idman növündə istedadlı uşaqların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış, eləcə asudə vaxtın səmərəli keçirilməsi idi.
Yarışda Vərgədüz kənd tam orta ümumtəhsil məktəbinin komandası birinci, Nisəqala kənd tam orta ümumtəhsil məktəbinin komandası ikinci, Şəfəq kənd tam orta ümumtəhsil məktəbinin komandası üçüncü yeri tutub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


