"Napoli" üçüncü dəfə İtaliya Superkubokunun qalibi oldu

"Napoli" üçüncü dəfə İtaliya Superkubokunun qalibi oldu

Futbol üzrə İtaliya Superkubokunun qalibi adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, bu, finalda "Bolonya" klubuna 2:0 hesabı ilə qalib gələn "Napoli" klubudur. 
Neapolluların heyətində qələbə qollarını David Neres vurub. O, matçın 39 və 57-ci dəqiqələrində qolla yadda qalıb. Bununla da, Neapol şəhərinin təmsilçisi tarixində 3-cü dəfə İtaliya Superkubokunun qalibi olub.