İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar"ın 26 yaşlı mərkəz hücumçusu Aleksandr İsak zədələnərək sıradan çıxıb.
İsveçli futbolçu ayağında və fibula sümüyündə yaranan sınıq səbəbilə əməliyyat olunub. O, zədə səbəbindən təxminən 3-4 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
"Liverpul"un ulduz futbolçusu zədələndi


