“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub

“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) sifarişi əsasında hazırlanan “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.
Olimpnews.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azad Abbasovun müəllifi olduğu film ən uzunmüddətli şahmat hakimi kimi adı "Ginnesin Rekordlar Kitabı"na daxil edilən Faiq Həsənova həsr olunub. 
Təqdimat mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının  prezidenti Mahir Məmmədov filmin müəllifi Azad Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib. O, Faiq Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan şahmat hərəkatının qorunmasında böyük rolu olduğunu bildirib. AŞF rəhbəri tanınmış hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olmasından danışıb. 
Ardınca “Şahmata həsr edilən ömür” sənədli filmi nümayiş etdirilib.  Filmdə Faiq Həsənovun uşaqlıq illəri, şahmata olan marağının yaranması, uzunillik hakimlik fəaliyyəti, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub.
Filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının Faiq Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub.
F.Həsənov vurğulayıb ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, 2025-ci ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərlə yadda qaldıqlarını söyləyib. 
Qeyd edək ki, Faiq Həsənov Azərbaycanda şahmatın inkişafına göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordeni, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Azərbaycan Respublikası Əməkdar İdman Xadimi adına layiq görülüb.

“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub