Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib

Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib

Dekabrın 24-də 254 nömrəli tam orta məktəbdə Şəhid polis serjantı Rasim Məmmədovun xatirəsinə həsr olunmuş Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, turnirdə fəxri qonaq qismində şəhid ailələri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik, Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev, Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədli, ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, həmçinin YAP Xətai rayon təşkilatının bir sıra üzvləri iştirak ediblər. Turnirdə 23 məktəbin komandasını təmsil edən 115 nəfər iştirakçı mübarizə aparıb. 

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən 254 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 287 nömrəli tam orta məktəbin komandası ikinci, 269 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə sahib olub. Turnirin sonunda qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medalları ilə mükafatlandırılıblar. 

Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib