"Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen klubunu dəyişməyə yaxındır.
Olimpnews.az "Sport.es"in məlumatına istinadən xəbər verir ki, "Jirona" onu qış transfer pəncərəsində heyətə cəlb edə bilər. 33 yaşlı qapıçı 2014-cü ilin yayından bəri "Barselona"da çıxış edir. Ter Stegenin "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarında başa çatır. Onun bazar dəyəri yeddi milyon avro olaraq qiymətləndirilir.


