İcarə əsasında "Hamburq"da çıxış edən "Tottenhem"in 18 yaşlı mərkəz müdafiəçisi Luka Vuşkoviç "Barselona"ya keçə bilər.
Olimpnews.az AS nəşrinin məlumatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Vuşkoviçi yayda heyətə cəlb etmək fikrindədir. Müdafiəçinin "Tottenhem"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.


