Keçmiş dünya çempionu ölümdən son anda qurtuldu - VİDEO

Keçmiş dünya çempionu ölümdən son anda qurtuldu - VİDEO

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Entoni Coşua ölümdən qayıdıb.

Olimpnews.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli boksçu Nigeriyada ağır yol qəzası keçirib. Coşuanın kiçik xəsarətlər aldığı qəzada boksçunun 2 dostu dünyasını dəyişib. Qəzadan sonra sosial mediada Coşuanın avtomobilin arxa oturacağından enməyə çalışdığı və ətrafdakı vətəndaşların ona kömək etdiyi kadrlar əks olunub. Qəza tezliklə sosial mediada geniş rezonans doğurub. Şahidlər qəzadan əvvəl Coşuanın olduğu avtomobilin arxasında təhlükəsizlik işçiləri olan başqa bir avtomobilin olduğunu qeyd ediblər.