Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Olimpnews.az xəbər verir ki, “San Siro” stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan 92 ölkə arasında 11-ci sırada keçəcək.
Mərasimdə üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Qeyd edək ki, Yunanıstan komandası paraddan ənənəvi olaraq birinci, ev sahibləri isə sonuncu keçəcək.
Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda iki idmançı ilə təmsil olunacaq. Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq.


