İsveçli xizəkçi ilk dəfə Olimpiya çempionu olub

İsveçli xizəkçi ilk dəfə Olimpiya çempionu olub

Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində keçirilən klassik sprint yarışları isveçli xizəkçi Linn Svan üçün yaddaqalan olub.

Olimpnews.az xəbər verir ki, məsafəni 4:03.0 saniyəyə qət edərək karyerasında ilk dəfə Olimpiya çempionu tituluna yiyələnib.
İkinci yeri Pekin-2022-nin Olimpiya çempionu Yonna Sandlinq tutub. Maya Dalqvist bürünc mükafatla kifayətlənib.