BOK iki beynəlxalq federasiyanı tanıyıb

BOK iki beynəlxalq federasiyanı tanıyıb



Beynəlxalq Olimpiya Komitəsi (BOK) yeni yaranan iki beynəlxalq federasiyanı - Beynəlxalq Amerika Futbolu Federasiyası (İFAF) və Ümumdünya Uçan Disk Federasiyasını (WFDF) tanıyıb.
Adıçəkilən federasiyalar həm də Beynəlxalq Federasiyalar İttifaqına (ARİSF) üzv qəbul edilib. ARİSF iki federasiyanın Ümumdünya Beysbol və Softbol Konfederasiyasında (WBSC) birləşməsini də təsdiq edib.
Beləliklə, hazırda ARİSF öz tərkibində 34 idman təşkilatını birləşdirir. Yuxarıda adıçəkilən beynəlxalq federasiyadan başqa, bura hava, su idmanı, avtomobil idmanı, topla hokkey (bendi), bilyard, boulinq, bric, şahmat, qayaya dırmanma, rəqs idmanı, karate, alpinizm, səmti müəyyən etmə, skvoş, su xizəyi, uşu və digər idman növləri üzrə beynəlxalq federasiyalar daxildir.