“Land of Fire Azerbaijan” indi “Formula” yarışlarında

“Land of Fire Azerbaijan” indi “Formula” yarışlarında

Daha bir idman növündə Azərbaycanın təbliği ilə bağlı yazı nümayiş etdirilir.
Madridin "Atletiko” və Fransanın "Lans” klublarından sonra artıq dünyada məşhurlaşan "Land of fire Azerbaijan” brendinə "Formula” yarışlarında da rast gəlinir.
Belə ki, Fransanın "Dams” komandası Monte-Karloda keçirilən "Formula 3.5” yarışına üzərində "Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxıb. Onların maşınlarında da "Land of fire Azerbaijan” sözləri yazılıb.
Qeyd edək ki, "Land of fire Azerbaijan” forması ilə çıxış edən fransalı pilot Riçelme Stepan yarışın qalibi adını qazanıb.