Olimpiya hərarəti şimal soyuğunu unutdurdu Azərbaycanın rəqs cütlüyü Soçidə rekorda imza atdı
Olimpe doğru
14.05.2014, 15:12
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak ediblər. BMT-nin baş katibi Pan Gi Mun 2014-cü il Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb. XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda tamaşaçıları olimpiadaya ev sahibliyi edən ölkə, onun nailiyyətləri və tanınmış nümayəndələri ilə əlifba üzrə tanış ediblər. Sonra Rusiya Federasiyasının bayrağı qaldırılıb, bu ölkənin himni səsləndirilib. Daha sonra iştirakçı ölkələrin ənənəvi paradı başlayıb. Azərbaycan komandası paradı dördüncü keçib. Azərbaycan bayrağını fiqurlu konkisürmə üzrə yarışlarda ölkəmizi təmsil edən Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlayıblar. İdmançıların paradı başa çatdıqdan sonra "Rusiya haqqında yuxular” adlı səhnələşdirilmiş tamaşa nümayiş etdirilib.
Açılış mərasimində "Soçi-2014”-ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlayıb, bu oyunların Rusiyada keçirilməsindən fəxr etdiklərini bildirib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax da Soçidə baş tutan bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulayıb. Sonra Rusiya Prezidenti Vladimir Putin XXII Soçi Qış Olimpiya Oyunlarını açıq elan edib. Daha sonra Olimpiya bayrağı stadiona gətirilib və Olimpiya himni səsləndirilib. İdmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib. Mərasimin sonunda stadionda Olimpiya Məşəli alovlandırılıb. Məşəli fiqurlu konkisürmə üzrə üçqat Olimpiya, onqat dünya çempionu İrina Rodnina və məşhur hokkey qapıçısı, üçqat Olimpiya çempionu Vladeslav Tretyak yandırıblar.
Qeyd edək ki, Azərbaycan Soçi Olimpiadasında 4 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda təmsilçilərimiz Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü yekun nəticəyə əsasən 148, 63 bal toplayaraq olimpiadanı 12-ci yerdə başa vurublar. Bununla da yığmamız qış Olimpiya oyunlarında yeni rekorda imza atıb. Qeyd edək ki, indiyədək «Ağ Olimpiadada» idmançılarımızn ən yüksək göstəricisi 16-cı yer olmuşdu. XXII Soçi Qış Olimpiya Oyunlarında Rusiya yığması 33 medalla 1-ci, Norveç komandası 26 medalla ikinci, Kanada millisi isə 25 medalla üçüncü yeri tutub.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
Bugün, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol