"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı 

\"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı 

Gimnastika

14.05.2026, 19:47

Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk günü başa çatıb.

Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə gənclər kateqoriyasında Azərbaycan, Özbəkistan, Ukrayna və Macarıstandan gimnastlar, eləcə də neytral statuslu idmançılar (AİN) çıxış ediblər.

Azərbaycan təmsilçilərindən Leyla Məmmədzadə çoxnövçülük proqramında bürünc medal qazanıb.

Qızlardan və oğlanlardan ibarət yığmalarımız isə komanda hesabında üçüncü yeri tutublar.

Yarışda ölkəmizi 16 idmançı təmsil edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR