Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər

Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər

Cüdo

14.05.2026, 22:53

Azərbaycan cüdoçuları mayın 16-dan 17-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.

Olimpnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.

Cüdoçular gənclər arasında "nage-no-kata" proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR