Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb

Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb

Olimpiya dünyası

Bugün, 15:09

Xankəndi stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq.

Olimpnews.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub.  "Etiraf edəcəyəm, Xankəndi stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə III MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların keçirilməsini də istəyirik. Milli komandamızın da burada bəzi oyunları keçirməsini istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqlar xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR