Gimnastımız dünya çempionatında iştirak edib

Gimnastımız dünya çempionatında iştirak edib

Gimnastika

Bugün, 13:53

Azərbaycanın bədii gimnastı Fidan Qurbanlı Almaniyanın Frankfurt şəhərində keçirilən 42-ci dünya çempionatında mübarizə aparıb.

Olimpnews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançı halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.

Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir. Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR