Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Cüdo

Bugün, 10:00

Azərbaycanın 4 cüdoçusu dünya çempionatının dördüncü günündə mübarizə aparacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışların dördüncü günündə Azərbaycan millisinin daha 4 üzvü iki çəki dərəcəsində tatami üzərinə çıxacaq. Təmsilçilərimiz qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 

Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.

Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən qoşulacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.

Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Z.Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Ö.Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə üz-üzə gələcək. 

Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR