“Dağ” idman klubunun üzvləri Gürcüstanda olublar

“Dağ” idman klubunun üzvləri Gürcüstanda olublar


Azərbaycanın "Dağ” idman klubunun üzvləri Gürcüstanda keçirilən toplanışda iştirak ediblər. Klubun təlim-məşq toplanışları avqustun 10- 25-dək Gürcüstanın Cuta kəndinə yaxın yerləşən Çauxi dağ massivində 12 nəfərin iştirakı ilə keçirilib. Qeyri-sabit hava şəraitinə baxmayaraq, alpinistlər 10 gün ərzində Tikanadze, Takaişvili və Rçeulişvilidə 2A kateqoriyalı 3 marşrutu keçə biliblər. Onlar "Kameroni” (3B) və "Cavaxişvili” (3A) zirvələrinə qalxıblar. Alpinistlərdən Dmitri Şiyanov və Denis Leusov cütlüyü "Leonidze” zirvəsinə 4B kateqoriyalı qaya-buz marşrutu ilə hərəkət ediblər.
Bundan başqa, turist qrupu Çauxi massivi ətrafında 4 günlük turist yürüşü həyata keçirib.Təlim-məşq toplanışları bitdikdən sonra alpinistlər Səbinə Naxmedova, Nadejda Manuilova, Sergey Telegin və Denis Leusov "Kazbek” zirvəsinə üz tutublar. Onlar zirvəni avqustun 24-də fəth ediblər.