“Velosiped idmanı gənc rəssamların gözü ilə” sərgisinin müddəti uzadılıb

“Velosiped idmanı gənc rəssamların gözü ilə” sərgisinin müddəti uzadılıb



"Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqəyə təqdim edilmiş əl işlərinin sərgisi davam edir.
Müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilir.
Müsabiqəyə təqdim edilmiş əsərlərə böyük maraq olduğunu nəzərə alaraq "Park Bulvar” ticarət mərkəzinin rəhbərliyi sərginin daha bir neçə gün nümayiş olunması təklifi ilə AVİF-ə müraciət edib. Tərəflərin razılığı ilə sərginin müddətinin yanvarın 1-dək uzadılması qərara alınıb.