Velosipedçilərimiz hazırlıq keçirlər

Velosipedçilərimiz hazırlıq keçirlər



İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun, həmçinin Bakı-2015 Birinci Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamız qış hazırlığına start verib.
Təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan əvvəl qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev "Synergy Baku”nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib və daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk məşq günündə velosipedçilərimiz dağ yolları ilə 200 kilometrə yaxın məsafə qət ediblər.
Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.