“Synergy Baku”-nun velosipedçiləri Xocalı qurbanlarını anıblar

“Synergy Baku”-nun velosipedçiləri Xocalı qurbanlarını anıblar


"Synergy Baku” velosiped komandasının üzvləri Xocalı soyqırımı qurbanlarını anıblar.
Heyətində Azərbaycan yığmasının 8 velosipedçisinin yer aldığı "Synergy Baku Cycling Project” komandasının üzvləri "Xocalıya ədalət” kampaniyasına qoşulublar.
"Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb.