Veloyürüş maraqla qarşılandı

Veloyürüş maraqla qarşılandı

5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmiləri idman ictimaiyyətinin nümayəndələri ilə birgə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının xatrəsini yad ediblər.
Sonra Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Tərkibində müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin də olduğu 50-dən artıq velosipedçi Şəhidlər Xiyabanından başlamaqla Hüseyn Cavid prospekti ilə yürüş keçirib. Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.