Basketbolçu qızlarımızın növəti qələbəsi

Basketbolçu qızlarımızın növəti qələbəsi

Azərbaycanın qadınlardan ibarət basketbol 3x3 üzrə milli komandası Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib. Turnirdə iki yarımqrupda 12 komanda mübarizə aparıb. Aprelin 7-dən yarışlarda iştirak edən komandamız yarımqrupda beş oyundan qalib ayrılaraq yarımfinala yüksəlməyə nail olub. Aprel ayının 10-da keçirilən yarımfinal oyununda isə basketbolçularımız Özbəkistanın "LND” komandası ilə üz-üzə gəliblər. Görüşdə Özbəkistan təmsilçilərini 15:11 hesabı ilə məğlub edən komandamız final mərhələsinə çıxıb. Millimiz üçün son mübarizədə Tatyana Slojenitsinanın yetirmələri ev sahibi "Almalik” komandasını 21:15 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıblar.