Azərbaycan velosipedçisi Sloveniyada “Sencurja” Qran-pri yarışlarının qalibi olub

Azərbaycan velosipedçisi Sloveniyada “Sencurja” Qran-pri yarışlarının qalibi olub


Bakı-2015 ilk Avropa Oyunlarında iştirakı planlaşdırılan Azərbaycanın qadın velosipedçilərdən ibarət yığma komandasının üzvü Yelena Pavluxina məsul yarışa hazırlıqlarını davam etdirir.
Bu ilin fevralından Sloveniyanın şose velosipedi üzrə "Lyublyana” komandasında çıxış etməyə başlayan idmançımız klubun heyətində ilk uğurunu qazanıb. O, Sloveniyada təşkil edilən "Sencurja” Qran-pri yarışlarının qalibi olub. Kriterium xarakterli yarışda iştirakçılar 1,3 kilometrlik marşrut boyunca 21 dövrə vurublar. Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı yarışda Yelena Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib.