Ölkəmiz kamandan oxatma yarışlarında gənc komanda ilə təmsil olunacaq

Ölkəmiz kamandan oxatma yarışlarında gənc komanda ilə təmsil olunacaq


Bakı-2015 birinci Avropa Oyunlarında köhnə qitənin adlı-sanlı oxatanları mübarizə aparacaqlar. Azərbaycan idmanın bu növündə gənc komanda ilə təmsil olunacaq. Komandamızın üzvləri gənc olmalarına baxmayaraq, nüfuzlu rəqiblərindən çəkinmirlər. Azərbaycan yığmasının gənc və perspektivli üzvlərindən biri də Aleksey Kopnindir. Azərbaycan çempionu Aleksey Kopnin qitə birinciliyində 9-cu, kubokunda isə 17-ci yerə layiq görülüb. Onun uğurlarından biri də İslam Həmrəyliyi Oyunlarında komanda hesabında ikinci yeri tutmasıdır.