“NTV spor” birinci Avropa Oyunlarını canlı yayımlayacaq

“NTV spor” birinci Avropa Oyunlarını canlı yayımlayacaq

Türkiyənin "NTV spor” televiziya kanalı Bakı-2015 birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq. Bundan başqa, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də "NTV spor”un efirində birbaşa göstəriləcək. "NTV spor” ilə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi arasında bu barədə müqavilə imzalanıb.